Azərbaycan üzgüçüsü Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb (FOTO)


Digərləri 29 İyl 2019 13:59:11 188 0

Azərbaycan üzgüçüsü Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb (FOTO)

Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına “A” lisenziyası qazanıb.

Bakı. Azərbaycan üzgüçüsü Maksim Şemberev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına “A” lisenziyası qazanıb. Bu barədə Trend-ə Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov məlumat verib. Baş məşqçinin sözlərinə görə, Cənubi Koreyanın Quanqju şəhərində keçirilən Su idman növləri üzrə dünya çempionatında üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Maksim Şemberyev 400 m məsafəyə qarışıq üsulla üzmə yarışında final mərhələsinə yüksəlib: “194 ölkədən 2623 idmançının qatıldığı dünya çempionatında 26 yaşlı idmançımız həlledici mərhələdə 4 dəqiqə 14,10 saniyə nəticə ilə 6-cı yeri tutub. Bu, Azərbaycan üzgüçülük tarixində ilk dəfədir və ən məhsuldar nəticə hesab olunur. Bununla da Maksim Şemberyev 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına bir başa iştirak hüququ əldə edib”.