Bakıda temperatur 36, rayonlarda 38 dərəcəyə yüksələcək


Digərləri 29 İyl 2019 12:51:30 185 0

Bakıda temperatur 36, rayonlarda 38 dərəcəyə yüksələcək

Sabah Bakıda havanın maksimal temperaturu 36, rayonlarda isə 38 dərəcə isti olacaq.

Bakı. İlhamə İsabalayeva - Sabah Bakıda havanın maksimal temperaturu 36, rayonlarda isə 38 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 30-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65 , gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.