“Azərbaycan Dəmir Yolları” ilə “Alstom” müqavilə imzaladı


Digərləri 29 İyl 2019 12:23:43 255 0

“Azərbaycan Dəmir Yolları” ilə “Alstom” müqavilə imzaladı

Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında yeni müqavilə imzalanıb.

Bakı. Elçin Mehdiyev – Bakıda “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında yeni müqavilə imzalanıb. Trend-in məlumatına görə, müqavilə lokomotivlər parkına dair texniki dəstəyin göstərilməsini nəzərdə tutur. Müqaviləni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Alstom” şirkətinin Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan üzrə icraedici direktoru Elşən Zeynalov imzalayıb.