"Onların oxuduqları müzakirəyə gəlməz bir şeydir" FOTO


Şou-biznes 29 İyl 2019 11:31:00 223 0

"Onların oxuduqları müzakirəyə gəlməz bir şeydir"  FOTO

Bizim ifaçılığımızın məktəbi var. Bu gün müğənnilər var ki, özləri üçün bir stil yaradıblar. O stili nümayiş etdiriblər və tutub, sevilib. Məsələn, Damla, Üzeyir, bir çoxlarının adını çəkə bilərəm. O, onların öz stilidir. Onlar onu özləri üçün yaradıblar və sevilib. Onları ciddi sənətdə müzakirə etmək olmaz. Onları ciddi sənətə gətirib müzakirəyə qoymaq düzgün deyil. Onların oxuduqları da, ümumiyyətlə, müzakirəyə gəlməz bir şeydir. Onların ifası ciddi sənət deyil. Bizim ifaçılığımızın isə məktəbi var. Biz səhv edə bilmərik. Biz ciddi musiqidə yanlış edə bilmərik. Onları gətirib artıq ciddi musiqidə müzakirə edəndə o, artıq düz olmur. 

Son.az xəbər verir ki, bu fikirləri Elton Hüseynəliyev ATV telekanalında qonağı olduğu "Bir axşam" proqramında deyib.

Müğənni adını çəkdiyi ifaçıların üstünə gedənləri də qınayıb:


Xəbərə aid fotolar