Kənd sakinləri pələngi ölümünə döydülər


Digərləri 29 İyl 2019 11:20:00 239 0

Kənd sakinləri pələngi ölümünə döydülər

Hindistanda bir qrup insan pələngi ölümünə döyüblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, hadisə Uttar Pradeş əyalətində baş verib.

"Pilibhit Tiger Reserve" adlı qoruqda yaşayan pələng yolunu azaraq insanlar yaşayan əraziyə gəlib.

Burada bir nəfəri yaralayan vəhşi heyvan özlərini qorumaq istəyən insanların hücumuna məruz qalıb.

Əllərində uzun ağaclar və dəyənəklər olan yerli sakinlər heyvanı ölümünə döyüblər.