22 nəfər şaurmadan zəhərləndi


Digərləri 29 İyl 2019 10:07:12 219 0

22 nəfər şaurmadan zəhərləndi

Yakutiyada Çurapa kəndində kafelərin birində kütləvi zəhərlənmə baş verib.

Bakı. Yakutiyada Çurapa kəndində kafelərin birində kütləvi zəhərlənmə baş verib. Trend-in məlumatına görə, kafədə şaurma yedikdən sonra 22 nəfər həkimə müraciət edib. Regional səhiyyə idarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Həkimə müraciət edənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir. Onlar hazırda stasionar şəkildə müalicə olunurlar. Hadisədən sonra kafedə qidalardan laborator analizlər üçün nümunələr götürülüb. Fakt araşdırılır.