Bakıda mikroavtobus yük maşını ilə toqquşdu


Digərləri 29 İyl 2019 09:05:00 209 0

Bakıda mikroavtobus yük maşını ilə toqquşdu

Qaradağ rayonu, "NUR" marketin yanında ağır yol nəqliyyat hadisəsi baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, mikroavtobus yük avtomobili ilə toqquşub. 

Səhiyyə Nazirliyindən "Qafqazinfo"ya bildirilib ki, hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadaı yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılıb.

Həkimlərin məlumatına görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağırdır.