Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 29 İyl 2019 08:39:29 230 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla olmaqla 40-80 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normaya yaxın və normadan çox olmaqla 90-110 faizini təşkil edir. Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, iyulun 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 40 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 26 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 135 kub/s olmaqla, ongünlük normaya yaxın olub. İyulun 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 29 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 33 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 138 kub/s təşkil etməklə ongünlük normadan çox olub. İyulun 26-da Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 38 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 54 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 35 kub/s təşkil etməklə ongünlük normadan az olub.