Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərinin başçısı oldu


Dünya 29 İyl 2019 08:12:00 237 0

Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərinin başçısı oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumu, 28 yaşlı Xas-Maqomed Kadırov Arqun şəhərinin mer vəzifəsini icran edən şəxs kimi təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə respublika parlamentinin rəhbəri Maqomed Daudov deyib.

Bundan əvvəl Xas-Maqomed Kadırov Çeçenistan rəhbərinin köməkçisi vəzifəsində çalışıb, eyni zamanda Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə narkotiklərə nəzarət şöbəsinə və Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhərində rəhbəri olub.

Argun şəhəri Çeçenistanın ikinci ən böyük əhalisidir.