Yunanıstanda zəlzələ baş verib


Dünya 29 İyl 2019 08:07:00 231 0

Yunanıstanda zəlzələ baş verib

Yunanıstanda 4,6 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Afina şəhərindən 20 kilometr şimal-qərbdə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.