30 yaşdan sonra mütləq bu VƏRDİŞLƏRİNİZİ TƏRGİDİN, YOXSA...


Digərləri 29 İyl 2019 07:28:00 216 0

30 yaşdan sonra mütləq bu VƏRDİŞLƏRİNİZİ TƏRGİDİN, YOXSA...

Sanki heç vaxt 30 yaşına çatmayacaqsınız kimi düşünürsünüz. Amma zaman qəddardır və gözünüzü yumub-açana qədər üçüncü onilliyi başa vurduğunuzu görürsünüz.

Lakin məsələ zamanın su kimi axıb keçməsini bilməkdə deyil. Artıq 30 yaşa çatdığınızda bəzi vərdişlərinizdən əl çəkməlisiniz.

Son.az bu vərdişlərlə sizi tanış edir.

Kredit kartı limitini doldurmaq

Kredit kartını aldıqdan sonra sanki pul xərcləmirmiş kimi alış-veriş edirsiniz. Daha sonra ödəmə günü gələndə krediti ödəyən zaman acı gerçəklə qarşılaşırsınız. 30 yaşdan sonra kredit kartından sadəcə ehtiyacınız olduğunda istifadə etməyə öyrəşməlisiniz.

Həkimə getməkdən boyun qaçırmaq

23 yaşında olan hər insan yüksək metabolizmə və güclü immun sisteminə sahibdir. Buna görə asanlıqla xəstəliyə yoluxmaz və sağlamlığı üçün pul ödəmək istəməz. Məhz 30 yaşdan sonra sağlamlığın qayğısına ciddi şəkildə qalmalı və lazımi müayinələrdən keçməlisiniz.

İdman etməmək

Sağlam həyat tərzinə sahib olmaq və enerjinizi qorumaq üçün idmanı gündəlik məşğuliyyətlərə əlavə etməlisiniz. Tez hazırlanan küçə yeməkləri və sağlam olmayan çərəzləri həyatınızdan çıxarın. Çünki uzun və sağlam yaşamağın sirri saölam qidalardadır.