Eqan Bernal "Tour de France" yarışlarında qalibi olub


Digərləri 29 İyl 2019 07:23:53 203 0

Eqan Bernal "Tour de France" yarışlarında qalibi olub

İngilis komandası "Team Ineos"-u təmsil edən kolumbiyalı idmançı Eqan Bernal, Fransanın paytaxtında 28 İyul Bazar günü başa çatan "Tour de France" - 2019 veloyarışının qalibi olub

Bakı. İngilis komandası "Team Ineos"-u təmsil edən kolumbiyalı idmançı Eqan Bernal, Fransanın paytaxtında 28 İyul Bazar günü başa çatan "Tour de France" - 2019 veloyarışının qalibi olub. Trend-in məlumatına görə, ümumi təsnifatda o, komanda yoldaşı, britaniyalı Qereyn Toması 1 dəqiqə 11 saniyə qabaqlayıb. Üçüncü Team Jumbo-Visma komandanın təmsilçisi hollandiyalı Stiven Krayvanşik (1 dəqiqə 31 saniyə) olub.