Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərinin başçısı oldu


Digərləri 29 İyl 2019 03:18:44 186 0

Kadırovun qohumu Çeçenistanın ikinci böyük şəhərinin başçısı oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumu, 28 yaşlı Xas-Maqomed Kadırov Arqun şəhərinin mer vəzifəsini icran edən şəxs kimi təyin edilib

Bakı. Çeçenistan rəhbəri Ramzan Kadırovun qohumu, 28 yaşlı Xas-Maqomed Kadırov Arqun şəhərinin mer vəzifəsini icran edən şəxs kimi təyin edilib. Trend-in xəbərinə görə, bu barədə respublika parlamentinin rəhbəri Maqomed Daudov deyib. Bundan əvvəl Xas-Maqomed Kadırov Çeçenistan rəhbərinin köməkçisi vəzifəsində çalışıb, eyni zamanda Daxili İşlər Nazirliyinin Çeçenistan üzrə narkotiklərə nəzarət şöbəsinə və Rusiya Daxili İşlər Nazirliyinin Qroznı şəhərində rəhbəri olub.