Amerikalı alimlər 90 yaşa qədər sağlam yaşamağın YOLUNU TAPDI İNANILMAZ ARAŞDIRMA


Digərləri 29 İyl 2019 00:45:00 261 0

Amerikalı alimlər 90 yaşa qədər sağlam yaşamağın YOLUNU TAPDI  İNANILMAZ ARAŞDIRMA

16 il davam edən tədqiqatın nəticələrinə görə, qəhvə və qırmızı şərab ömrü uzadır.

Son.az xəbər verir ki, araşdırmanın nəticələri Amerika Birliyinin 2019-cu ildə elmin inkişafına həsr olunmuş illik konfransında, Kaliforniya İrvin Universiteti, Yaddaş və Nevroloji Pozğunluğu İnstitutundan olan tədqiqatçıları Klaudia Kavas və Mariya Korrada tərəfindən açıqlanıb.

16 il bundan əvvəl başlayan bu araşdırmanın məqsədi insanlara ən az 90 il yaşamağa imkan verən amilləri müəyyən etmək olub. Daha doğrusu, araşdırmaçılar uzunömürlü insanların qida qəbulunda əsas yeri tutan məhsulları və həyat fəaliyyətini öyrənib.

Sınağın iştirakçıları tədqiqat ərzində onlarla fiziki və koqnitiv testlər keçirən alimlərlə görüşüb. Araşdırmaçılar həmçinin yemək və həyat tərzi haqqında vacib faktları toplayıb.

Bu araşdırma göstərib ki, qırmızı şərab və qəhvə qəbulu insan ömrünü uzadan faydalı içkilərdir. Lakin əsas açar həyatda bir çox başqa şeylərdə olduğu kimi ölçü hissidir.

Şərab və ya qəhvə sevən hər kəs bu içkilərin onları daha xoşbəxt etdiyini iddia edib. Ən maraqlısı odur ki, araşdırmaçılar qəhvə və şərabın yaratdığı xoşbəxtlik hissinin insanları uğura apardığını vurğulayıb. Beləliklə, bu tədqiqatın nəticələrindən o qənaətə gəlmək olar ki, qəhvə və şərab yalnız uzun ömürlülüyü artırmaqla qalmır, həm də insanlarda motivasiyanı yüksəldərək onları daha xoşbəxt və daha müvəffəqiyyətli edirlər.