Biznesmen içkili vəziyyətdə qəza törətdi 3 nəfər yaralandı


Digərləri 28 İyl 2019 23:34:00 277 0

Biznesmen içkili vəziyyətdə qəza törətdi  3 nəfər yaralandı

Rusiyanın Çelyabinsk vilayətində "Ravis" aqroholdinqinin direktoru Andrey Kosilov yol-nəqliyyat hadisəsi törədib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən "74.ru" saytına verilən məlumata görə, qəza Bayramqulovo - Novoandreyevka yolunun 18-ci kilometrliyində baş verib. Belə ki, iş adamı idarə etdiyi "Lexus" markalı avtomobillə qarşıdan gələn "Lada Vesta" markalı avtomobilə çırpılıb. Nəticədə "Lada"nı sürücüsü və iki sərnişini müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.  

Hadisə şahidlərinin sözlərinə görə, A. Kosilov içkili olub.

Kosilov açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib. O, hadisə ilə bağlı əlavə açıqlama verməyib.