Arıqlamağın RİYAZİ DÜSTURU: sadəcə 5 qida ilə PİYLƏRDƏN QURTULUN


Digərləri 28 İyl 2019 23:39:00 278 0

Arıqlamağın RİYAZİ DÜSTURU: sadəcə 5 qida ilə PİYLƏRDƏN QURTULUN

Artıq çəki itirmək və orqanizmdə yağ miqdarının azalması, əslində, riyazi sistemə əsaslanır. Orqanizmin qazandığı enerji xərclənəndən azdırsa, bədəndə kalori çatışmazlığı yaranır və çəki itirilməsinə səbəb olur. Əhəmiyyətli olan isə itirilən çəkinin əzələ kütləsindən deyil, yağdan getməsidir.

Son.az oxucuları yağ yandıran qidalarla tanış edir.

Yaşıl çay

Tərkibindəki fenol birləşmələri (epikateşin, epikateşin qallat, epiqallokateşin, epiqallokateşin qallat) orqanizmdə yağın depolanmasının qarşısını alır və yağ yandırılmasını sürətləndirir. Araşdırmalar sübut edib ki, fenol birləşmələri qəbul ediən enerjinin bağırsaqlar tərəfindən sovrulmasını azaldır. Yaşıl çay metabolizmi sürətləndirir. Buna görə də gündə 2-3 fincan yaşıl çay içməkdə fayda var.

Qatıq

Kalsium tərkibi sayəsində, xüsusilə, qarınətrafı yağlanmanın azalmasına yardımçı olur. Tərkibindəki konjuge linoleik turşusu hesabına yağ yandırılmasını dəstəkləyir. Protein miqdarının yüksək olması metabolizmin sürətlənməsinə gətirib çıxarır. 1 qab qatığa, 1 çay qaşığı qara bibər, zəncəfil və kətan toxumu əlavə edərək yesəniz, yağ yandırma təsiri maksimum olacaq.

Qırmızı bibər

Kapsaisin elementi sayəsində yağ yandırır. Metabolizmi sürətləndirir. Qastrit, mədə xəstəliyiniz yoxdursa, rahatlıqla istifadə edə bilərsiniz.