Şirin içkilər xərçəng yaradır alimlər


Digərləri 28 İyl 2019 23:05:00 235 0

Şirin içkilər xərçəng yaradır  alimlər

Sorbonna universitetinin alimləri il ərzində 100 mindən çox insanın sağlamlığını müşahidə edərək dəhşətli nəticəyə gəliblər.

Son.az ölkə.az-a istinadən bildirir ki, alimlərin gəldiyi nəticəyə əsasən, süd kokteylləri, şirələr, enerji içkiləri, qazlı sular zərərli qida qədər orqanizmə ziyanlı imiş.

Mütəxəssislər qeyd edirlər ki, bu içkilərin tərkibində şəkərin miqdarı çoxdur. Məsələn, bir stəkan paket şirənin tərkibində 6 qaşıq şəkər tozu var. Bundan başqa, şirin içkilərin tərkibində olan konservantlar da, selikli qişalara mənfi təsir edir. Yara və xora yaranır. Bundan başqa, şirələrə stablizator əlavə edilir və bu maddə mikrofloranı məhv edərək orqanizmin onkoloji xəstəliklər qarşısında müdafiəsiz qalmasını təmin edir. Əsasən süd vəzi və bağırsaq xərçəngi, prostat üzə çıxır.

Təcrübə zamanı hər min nəfərdən 22-i xərçəngdən əziyyət çəkirmiş. Beləcə, şirin içkilər xərçəngə yoluxma riskini 18 faiz artırır. Bundan başqa müntəzəm olaraq qazlı su və şirə içən insanlarda ürək-damar sistemi xəstəlikləri, piylənmə və diabet üzə çıxır.