"Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının dördüncü günü keçirilib FOTO


Şou-biznes 28 İyl 2019 22:55:00 279 0

"Jara 2019" Dördüncü Beynəlxalq Musiqi Festivalının dördüncü günü keçirilib  FOTO

Bakıda, "Sea Breeze Resort" istirahət mərkəzində təşkil olunan "Jara-2019" Beynəlxalq Musiqi Festivalının dördüncü günü - iyulun 28-də iştirakçılar qırmızı xalı üzərindən keçiblər.

Son.az Trend-ə istinadən bildirir ki, gün Z nəslinə həsr olunub. Z nəsil - dünyada 1995-2012-ci illərdə anadan olmuş bir nəsil üçün istifadə olunan bir termindir.

Açılışda ulduzlar ənənəvi olaraq qırmızı xalı üzərindən keçiblər, aparıcı Yana Koşkina, Konstantin Tarasyuk və jurnalistlərin suallarını cavablandırdılar.

Konsert proqramında Emin Ağalarov, Qriqori Leps, Loboda, Jiqan, Mari Kraymbreri, Molly, Alexander Panayotov, HammAli & Navai, Cygo, Rauf & Faik, Zomb, Nyuşa, Slava, Lyubov Uspenskaya, Rasa, Elvin Grey, Ellai, Aysel Məmmədova, MOT, Nazima, Ternovoy, Asammuell, Babək Məmmədrzayev, Səmra Rəhimli, Doni, Fika, İsaya, Evqeniy Mayer, Serebro, Tereza, Velvet, Klava Koka, MBand, Mişa Marvin, Julia Kovalçuk, Jony, Elman, Andro, Natan, Gemini, Alessandro Safina, Cosmos Qızlar, Anna Sedokova, Timur Rodriguez, Timati iştirak edib.

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "Jara 2019"da 250-ə yaxın sənətçi iştirak edir.

Festival iyulun 25-i sənətçilərin hitlərini səsləndirdikləri qala-konsertlə başlayıb.