İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş?


Digərləri 28 İyl 2019 22:44:00 220 0

İmmunitetlə bağlı bidiklərimiz hamısı səhv imiş?

"Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin".

Son.az xəbər verir ki, bu sözləri anestezioloq reanimatoloq Şahin Məmmədov immun sistemi haqqında doğru bilinən yanlışlar haqqında danışarkən deyib. Mütəxəssisin bu mövzuda sosial şəbəkədə paylaşdığı faydalı məlumatları təqdim edirik:

1. Normal immuniteti artırmaq olmur. Həm də nəyi artırırsan? İmmun sisteminin hansı hüceyrəsini? Hansı miqdarda? Məsələn, leykositoz olsa immunitet güclümü sayılır? Əgər hansısa immun hüceyrə sayı artarsa, zatən onlar özləri özünü məhv edir. Buna apoptoz deyilir. Hələ ki, alimlərə immun sisteminin leykosit və limfosit növlərinin hansı balansında yaxşı işlədiyi məlum deyil.

2. Hansısa bitki və xalq təbabəti üsulları ilə məsələn, sarımsaq, soğan, bal, doşab və s. vasitələrlə immuniteti yüksəltmək mümkün deyil. Hansı immun sistemi? Anadangəlmə immuniteti, məsələn, dəri. Dərini ikiqat edə bilərsiniz? Yox. Mədə turşuluğunu 2 qat turş edə bilərsinizmi? Etmək mümkün olsa, mədəyə daha da zərər verər. Yəni, internetdə hansısa məhsulun satılması üçün pulla satın alınmış professorların danışdıqlarına inanmayın. İmmuniteti bitki və s. ilə yüksəltmək mümkün deyil. Sarımsaq yeyib avtobusa və metroya minənlər yaxşı oxusun.

3. Əyninizi qalın etsəniz də, törədici sizi tapsa, xəstələnəcəksiniz. Tank kimi zirehli geyinməyin mənası yoxdur. Soyuqda üşüyürsünüzsə, o heç. Amma immunitetə görə bunu etməyin.

4. Həddən artıq idman etmək də immuniteti gücləndirmir, əksinə enerji tükəndiyi üçün zəifləyir.

5. Ciddi dieta saxlamaq və sürətlə arıqlamaq da sağlamlığa ziddir və immunitet düşür. Və bu zaman nə kömək edər? Dedik ki, immunitet normaldırsa, təbii yolla onu qaldıra bilməzsiniz. Amma immun sistemi xəstədirsə, onu müalicə etməyə çalışmalısınız.

İmmun sistemi xəstəlikləri aşağıdakılardır:

1. Anadangəlmə və qazanılma immun defisit sindromları. İmmun sisteminin bir və ya daha çox kompanentinin funksiyası pozulur, ya ümumiyyətlə olmur.

2. Allergik xəstəliklər.

3. Autoimmun xəstəlikləri. Öz toxumanıza qarşı patoloji immunitet.