Dənizdə batan 6 nəfərin axtarışları aparılır


Digərləri 28 İyl 2019 22:48:19 216 0

Dənizdə batan 6 nəfərin axtarışları aparılır

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb

Bakı. Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb. Trend xəbər verir ki, bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.