Böyrəkləri sıradan çıxaran vərdişlər haqqında BİLMƏDİKLƏRİNİZ: Gündə 8 stəkan su içirsinizsə...


Digərləri 28 İyl 2019 22:35:00 280 0

Böyrəkləri sıradan çıxaran vərdişlər haqqında BİLMƏDİKLƏRİNİZ: Gündə 8 stəkan su içirsinizsə...

Hansı xətalar böyrəklərə zərər verir? Hansı vərdişlərimiz böyrəkləri sıradan çıxarır?

Son.az bu yazıda oxucuları böyrəklərin sağlamlığına zərər verən amillərlə tanış edir.

Dehidrasiya (bədənin həddən artıq su itirməsi)

Bu zaman böyrək funksiyasını dayandırır. Yadda saxlayın ki, böyrəklər normal fəalliyyəti üçün suya ehtiyac duyur. Odur ki, gündə, təxminən, 8 stəkan su içmək lazımdır.

Bədənin suya ehtiyacı olub-olmadığını anlamaq üçün sidiyin rənginə baxmalısınız. Sağlam sidik rəngi açıq sarıdır. Tündləşən sidik rəngi isə bir çox xəstəliklərin əlaməti ola bilər. Sidik tünd sarıdırsa, demək, lazımi qədər maye qəbul etmirisiniz.

Siqaret

Siqaret çəkilməsi nəticəsində qan damarlarının daralması və sərtləşməsi böyrəklər də daxil olmaqla bütün bədən orqanlarının qan dövranına mənfi təsir edir.

Spirt