Karyerist qarderobunun əsas qanunları FOTO


Digərləri 28 İyl 2019 21:50:00 225 0

Karyerist qarderobunun əsas qanunları  FOTO

Biznes müharibədir.

İş qarderobu sizin silahınız.

Heç kim döyüşə silahsız getmir.

Əks halda, nə olacağını bilirsiniz.

XXI əsr haqlı olaraq qadınların dövrü adlandırıla bilər. Biz bütün sahələrdə inanılmaz uuğurlar qazanır, "Gələcək qadınların əlindədir" yazılı köynəkləri qürurla geyinir və hər yerdə qadın həmyərliyi hiss edirik. Qaydaları pozub öz qaydalrımızı özümüz yaradır, həm ev işləri ilə məşğul olur, həm də yüksək vəzifələr tuturuq.

Digər güclü qadınların nümunələrindən ilhamlanaraq, evə yeni kuboklar gətirmək, yeni vəzifələrə yüksəlmək, işgüzar əlaqələr və ya perspektivli layihələrə imza atmaq, hər səhər daha yaxşı olmaq üçün özümüzlə "döyüşə" yollanırıq. İş qanunu küllüyyatında isə deyilir: "Əgər sizi xatırlamırlarsa, deməli, unudublar". Odur ki, uğur qazanmaq istəyirsinizsə, yaddaqalan obraz yaratmaq şərtdir.

Uğurlu karyeristləri görünüşləri sayəsində uzaqdan asanlıqla tanıyırsınız. Onların şkaflarında ağ bluz və qara yubkarlardan ibarət darıxdırıcı dəstlər görə bilmərsiniz. Onlar rahatlıq, moda və gözəlliyi bir-biri ilə qarışdırmır. Yadda saxlayın ki, istədiyiniz mövqeyə yüksəlmək vizuallıqla birbaşa əlaqəlidir. Geyinmək sənəti və şıq görünmək özü də bir peşəkarlıqdır, onsuz müəyyən bir səviyyədə karyera qurmaq çətindir.

Son.az bu yazıda oxuyucuları karyerist qarderobunun əsas qaydaları ilə tanış edir.

Kostyum

Kostyum son 20 ilin ən sərfəli sərmayəsidir. Amma qarası yox. Ya zoğalı, ya mürəkkəb, ya tünd zümrüd, ya da bej versiyalarını alın. Əgər idmanla məşğul olmursunusa, uzun və ikidüyməli pencək alın. Qalan bütün hallarda düz bir kəsim seçin. Əgər baxımlı təqaüdçü kimi görünmək istəmirsinizsə, beldə bitən heç bir tvid pencək almayın.

Midi yubka

Ön hissəsi yarıqlı olsun. Dizdən aşağıda bitən yubka-karandaşlara üstünlük verin.