Qaçanlar tez çatır, yoxsa yerində dayananlar? Hər kəsi düşündürən sualın İNANILMAZ CAVABI


Digərləri 28 İyl 2019 21:25:00 259 0

Qaçanlar tez çatır, yoxsa yerində dayananlar?  Hər kəsi düşündürən sualın İNANILMAZ CAVABI

Müasir dövr cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biri eskalatorda gəzməkdir.

Son.az xəbər verir ki, metro, keçid və bənzər ictimai məkanlardan istifadə edən hər kəs ömründə bir dəfə də olsa, eskalatordan tələsik şəkildə düşənlərin arxasınca deyilən bu sözü mütləq eşidib: özü düşür də, sən hara qaçırsan?

İş o yerə gəlib çatıb ki, mövzunun mütəxəssisləri də bu müzakirələrin yekunlaşması üçün səylərini artırıblar.

Şəhərsalma arxitekturasında dizaynerlər bu günə qədər ən əlverişli piyada keçidi modelini qurmaq üçün müxtəlif taktikalardan istifadə ediblər. Nümunə olaraq, eskalatorlada "sağda dayanmaq", "keçid üçün sol tərəfi boş saxlamaq" işarələrini göstərə bilərik. Eskalatordan istifadə edənlər dayanırlarsa, pilləkənin sağ tərəfində, gəzənlər və qaçanlar isə sol tərəfində olur.

Bəs eskalatorun pilləkənlərinin iki istiqamətdə bölünməsi gedəcəyiniz yerə daha tez çatmağınıza kömək edirmi? Tələsənlər üçün ayrı, dayananlar üçün ayrı istiqamət olmalıdırmı, yoxsa hər iki tərəf sadəcə dayanmaq üçün istifadə edilməlidirmi?

Bu mövzuda aparılan araşdırmalar göstərir ki, piyadaların 74,9%-i gəzmək yerinə, eskalatordan istifadə edərək dayanmağı üstün tutur. Kütlənin kiçik, səbirsiz bir bölümü üçün eskalatorun bir tərəfini tamamilə açıq buraxmaq lazımdırmı?