Bu qarpızları əsla yeməyin, yoxsa...


Digərləri 28 İyl 2019 21:15:00 204 0

Bu qarpızları əsla yeməyin, yoxsa...

Yay mövsümünün vazkeçilməzi olan qarpız sağlamlıq baxımından insan orqanizminə olduqca faydalı bitkidir. Lakin qarpız seçərkən bir neçə məqama diqqət yetirmək lazımdır. Çünki gözlənilməz şəkildə zəhərlənmə və buna bənzər problemlər ortaya çıxa bilər.

Son.az xəbər verir ki, zəhərli qarpız ciddi sağlamlıq problemləri yaradır. C vitamini və antioksidantla zəngin olan qarpızı alarkən seçici olmaq lazımdır. Qarpızın yetişdirilməsində azotlu gübrələrdən yanlış istifadə etmək meyvədəki nitrat səviyyəsini yüksəldə bilər. Həddən artıq nitrat qəbulu isə bədəndə zərərli maddə kimi yığıla və qanı zəhərləyə bilər.

Zəhərlənmə

Əgər qarpız yedikdən ən az 2 saat sonra bu simptomlar üzə çıxmağa başlasa, həkimə müraciət etmək lazımdır:

Ürəkbulanma

Qusma, şiddətli izhal

Başgicəllənmə, baş ağrısı

Mədədə sancı

Temperaturun qalxması

Zəhərli qarpızı necə tanımaq olar?

1.Qarpızı kəsmədən almayın. Əgər qabığının iç qismi sarı rəngdədirsə, almamalısınız. Qabıq qisminin ağ olması lazımdır.

2. Bəzi insanlar qarpızın içindəki dəliklərin böcək izləri olduğunu düşünür. Lakin bu, iynələrin də yeri ola bilər. Buna görə də dəlik olan qarpızlardan uzaq durun. Ətli qismi yaxşı olsa belə, dəlikdən sonra qarpız xarab ola bilər.


Xəbərə aid fotolar