Həftədə iki dəfə sümük suyu içmək dərini cavanlaşdırır


Digərləri 28 İyl 2019 20:35:00 268 0

Həftədə iki dəfə sümük suyu içmək dərini cavanlaşdırır

Türkiyəli dietoloq Erdi Abdulla Uğurun sözlərinə görə, bədənin gümrah və sağlam olması üçün sadəcə pəhriz və idman kifayət etmir.

Son.az xəbər verir ki, sağlam qidalanma eksperti dərinin elastikliyi üçün həftədə 2 dəfə sümük suyu içməyi tövsiyə edib:

"Sadəcə pəhriz və idman yetmir. Vitamin-mineral çatışmazlığı, zərərli məhsullar, həddindən artıq duz və şəkər istifadəsi sağlam bədənin qarşısına sədd çəkir. Sağlam qalmaq və sağlamlığımızı geri qazanmağın yolu sağlam qidalanmadan keçir. Qablaşdırılmış məhsulların çox böyük bir qismi dərinin düşmənidir.

Yüksək miqdarda şəkər və duz dəri zülallarını əmərək orqanizmin sağlam görünüşünü zədələyir. Şəkər orqanizm zülallarına bağlanaraq dəri quruluşunun pouzulmasına səbəb olarkən, artıq duz ödəmə və toxuma bütövlüyünün pozulmasına yol açır.

Vücudumuzdaki zülalların 90 faizini kollagen təşkil edir. Amma seçim edərkən içərisindəki kollagen miqdarı, kollagen tipi və təsir forması çox əhəmiyyətlidir. Tip 1 və Tip 3 kollagen növü 3-6 ay ərzində dəri toxumasını möhkəmləndirir, dəri elastikliyini bərpa edir. Bununla yanaşı, sümük suyu tərkibindəki prolin qlutamin kimi kollagen quruluşunu təşkil edən amin turşular sayəsində bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxuması bərpa edərək yenilənməsini təmin edir. Dəriyə daha sağlam, elastik və canlı bir görüntü qazandırır.

Sümük suyu şorbaları rasiona həftədə 1-2 gün daxil edilməli olan yaxşı alternativdir. Yalnız çox uzun müddət bişirilməsi nəticəsində sümüyün tərkibindəki bəzi zərərli molekullar da aşkara çıxa bilər. Odur ki, maksimum 3-4 saat qaynamat yetərli olacaq. Avokado sağlam yağları və güclü antioksidant birləşmələri ehtiva edən müdhiş bir qidadır. Aparılan tədqiqatlar göstərib ki, avokado dərinin yenilənməsinə çox güclü təsir göstərir. Həmçinin yay aylarında günəşin zərərli təsirlərindən qorumaq gücünə malikdir".