Ərəb koalisiyası husilərin dronunu vurub


Dünya 28 İyl 2019 20:40:00 235 0

Ərəb koalisiyası husilərin dronunu vurub

Ərəb koalisiyası Yəmən sərhədi yaxınlığındakı Nəcran şəhəri istiqamətində "Ənsar Allah" hərəkatından (husilər) yəmənli üsyançıların buraxıldığı pilotsuz uçuş aparatlarını vurub.

Trend-in məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalına koalisiyanın nümayəndəsi Turki əl-Maliki deyib.

Əl-Malikinin sözlərinə görə, koalisiya qüvvələri Nəcran şəhərinə zərbə endirməyə çalışan husilərin pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub.

Bundan əlavə, husilərin Səudiyyə Ərəbistanın Nəcran hava limanına hücum etməsi barədə yayılan məlumatın doğru olmadığını deyib.