Mütəxəssis açıqladı Hansı meyvələri hansı saatlarda yemək lazımdır?


Digərləri 28 İyl 2019 20:45:00 273 0

Mütəxəssis açıqladı  Hansı meyvələri hansı saatlarda yemək lazımdır?

Sağlam qidalanmaq üzrə türkiyəli həkim Fevzi Özgönül meyvələrin faydalı təsir gösgtəridiyi saatları açıqlayıb.

Son.az xəbər verir ki, bədən ağlı ilə arıqlamaq modelini təklif edən məşhur həkim bir çox meyvələri səhər yeməyində istifadə etməyi məsləhət görüb.

Tut

Tut əsl vitamin deposu hesab olunur, səhər yeməyi üçün əlverilişdir, lakin artıq çəki problemi yaşayanlara az miqdar yeməyi tövsiyə edirəm.

Şaftalı

Yazın ən şirin meyvələrindən biridir. Əgər çəki probleminiz varsa, bir müddət uzaq durun. Meyvə kimi axşamüstü qatıqla qarışdırıb, təbii yoqurt hazırlayaraq yemək daha faydalıdır.

Qovun

Qovun da qarpız kimi çətin gec həzm olunur. Eyni zamanda, çox şirin bir meyvə olduğu üçün çox yeməyi məsləhət görmürəm. Yaz aylarında axşam yeməklərində az miqdarda şirniyyat yerinə yerinə yemək olar. Xüsusilə dondurma sektorunda çox istifadə edilir. Axşam üstü sərinləmək üçün qatıqla da yemək olar.

Alça

Şirin və turş növləri var. Şirin alçanın dadında şəkər hiss edilməsə də, çox yemək olmaz. Ən azından artıq çəkilərdən xilas olana qədər. Günorta saatlarında yeyilməsi daha faydalıdır, axşamlar köp yaradır.

Üzüm