Saç tökülməsinin qarşısını alan ənənəvi türk içkisi


Digərləri 28 İyl 2019 20:04:00 261 0

Saç tökülməsinin qarşısını alan ənənəvi türk içkisi

Cökə ağacının saç tökülməsinin qarşısını aldığını bilirdiniz?

Xüsusilə iyun və iyul aylarında çiçək açan cökə ağacının sarımtıl və gözəl qoxusu əvvəlcə burnumuza, oradan ciyərlərimizə və qan dövranına yayılaraq bütün bədəni bihuş edir. Məlum olub ki, Türkiyədə ihlamur kimi tanınan cökə çayı saç tökülməsinə qarşı çox faydalıdır.

Son.az xəbər verir ki, kalsium, A ilə C vitaminləri və bir çox faydalı ementlərlə zəngin olan cökə çiçəkləri saç tökülməsinin qarşısını alan effektli və təbii vasitələrdən biridir.

Cökə çayı sakitləşdirici xüsusiyyəti sayəsində sinir sistemində gərginliyi azaldaraq gecələr rahat yuxuya getməyi asanlaşdırır. Odur ki, yatmaz əvvəl 1 stəkan cökə çayı için.

Bu bitki həmçinin qanı təmizləyir, qan dövranını tənzimləyir. Cökənin qan azlığı müalicəsində də müsbət rol oynadığı barədə araşdırmalar var. Antioksidant təsirə malik olan cökə çayı bədən müqavimətini gücləndirir.