Gənc aktrisa bal ayında öldü FOTO


Digərləri 28 İyl 2019 19:39:00 236 0

Gənc aktrisa bal ayında öldü  FOTO

Belarus aktrisası Viktoriya Nikonova Alyaskada dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həyat yoldaşı Pötr Markelovla bal ayına yollanan aktrisa çayda boğulub. Belə ki, cütlük Teklanik çayının üstündən təhlükəsizlik kəndirinin köməkliyi ilə keçən vaxt Viktoriya gözlənilmədən müvazinətini itirib və suya düşüb. Pötr onun cansız bədənini həmin yerdən 30 metr aralıda aşkar edib.

Qadının ölüm faktı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, aktrisa tamaşaçıların yaddaşında daha çox "Brest qalası" filmində yaratdığı obrazla qalıb. 24 yaşlı aktrisa orada 13 yaşlı qızın obrazını canlandırmışdı. Bu, onun ilk və son filmi oldu. Gənc aktrisa iyulun 1-də ailə həyatı qurmuşdu.


Xəbərə aid fotolar