Əfqanıstanda baş nazir vəzifəsinə namizəd olanın ofisinə hücum edilib


Dünya 28 İyl 2019 19:49:00 245 0

Əfqanıstanda baş nazir vəzifəsinə namizəd olanın ofisinə hücum edilib

Əfqanıstanın baş naziri vəzifəsinə namizəd olan Əmrullah Salehin Kabuldaki ofisinə edilən hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Tolo News" telekanalı xəbər verib.

Qeyd edək ki, öncə Kabulda partlayış nəticəsində 6 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

Bildirilir ki, Ə.Salehin ofisində onun köməkçiləri olub. Hücumda dörd nəfər iştirak edib.