İnsan bu orqanlarsız da yaşaya bilər SİYAHI


Digərləri 28 İyl 2019 19:29:00 188 0

İnsan bu orqanlarsız da yaşaya bilər  SİYAHI

İnsan canlı təbiətin ən mürəkkəb varlığıdır. İnsan yeganə varlıqdır ki, şüur və ağılla hərəkət edir. Elmin inkişafı sayəsində insan bəzi orqanları da olmadan yaşaya bilər.

Son.az ölkə.az-a istinadən siyahını oxucuları ilə bölüşür.

Dalaq

Bəzən qarın zədəsindən sonra dalaq cərahiyyə əməliyyatı ilə kəsilir. Dalaq qabırğalara yaxın yerləşdiyi üçün tez zədələnir. Bəzən bir zərbə daxili qanaxma üçün kifayət edir. Dalaq kəsildikdən sonra onun funksiyasını qara ciyər yerinə yetirir.

Mədə

Bəzən ağır xəstəliklər mədənin amputasiyası ilə nəticələnir. Cərrahlar qida borusunu bağırsaqla birbaaş birləşdirirlər. Bu mürəkkəb və uzun müddət bərpa prosesi tələb edən əməliyyatdır.

Reproduktiv orqanlar Yumurtalıq və uşaqlıq yolunun kəsilib götürülməsi qadınların yaşamasına mane olmur. Öd kisəsi

Hər il on minlərlə insanın öd kisəsi əməliyyat olunur. Kəsilib götürülən öd kisəsinin də funksiyasını qara ciyər yerinə yetirir.