"Bundan sonra heç bir yubanma olmayacaq"


Dünya 28 İyl 2019 19:15:00 220 0

"Bundan sonra heç bir yubanma olmayacaq"

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ciddi hazırlığa başlayır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Sunday Times" qəzetində dərc olunmuş məqaləsində Lankaster hersoqluğunun kansleri (de-fakto xüsusi tapşırıqlar üzrə nazir) Maykl Qouv bildirib.

Maykl Qouv qeyd edib ki, yeni Baş Nazirlə, yeni hökumətlə, yeni və daha aydın missiya ilə Britaniya oktyabrın 31-də Avropa İttifaqından çıxacaq. Bundan sonra heç bir yubanma olmayacaq. Brexit artıq yaxınlaşır.