Bakının gözəlliyindən doymaq olmur - "Na-Na" qrupu (FOTO)


Digərləri 28 İyl 2019 18:33:48 206 0

Bakının gözəlliyindən doymaq olmur - "Na-Na" qrupu (FOTO)

Bakının gözəlliyindən doymaq olmur

Bakı. Vüqar İmanov - JARA Beynəlxalq Musiqi Festivalına qatılan "Na-Na" qrupu Bakı ilə bağlı təəssüratlarını bölüşüb. Qrup üzvləri Trend-ə Bakıda ilk dəfə olmadıqlarını bildiriblər: "Sonuncu dəfə bura gələndən Bakı yenə çox dəyişib, daha da gözəlləşib, heç tanımaq mümkün deyil. Şəhərdə infrastruktur çox yaxşı inkişaf edib, paytaxtınız çox moderndir. Gecə isə tamam başqa cür gözəl olur, şəhər işıqların içində bərq vurur. O qədər şəkil çəkdirmişik. Bakı həqiqətən çox gözəldir, doymaq olmur". FOTO: Zaur Mustafayev