Qan təzyiqini aşağı salan şirə


Digərləri 28 İyl 2019 18:20:00 252 0

Qan təzyiqini aşağı salan şirə

Yapon alimləri apardıqları təcrübənin nəticəsini açıqlayıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, pomidor şirəsinin qan təzyiqini və xolesterin miqdarını azaltdığı məlum olub.

Təcrübə üçün müxtəlif yaş qruplarına aid 297 qadın və 187 kişi dəvət edilib. Onlar yüksək qan təzyiqindən əziyyət çəkənlər imiş. Könüllülər hər gün 215 milliqram duzsuz pomidor şirəsi içiblər. Nəticələrə əsasən, 94 nəfərdə qan təzyiqi və xolesterin miqdarının kəskin azaldığı müşahidə edilib.

Mütəxəssislər bildiriblər ki, bunun səbəbi pomidorun tərkibində olan bioloji birləşmələr, A vitamin və qamma-amin turşusudur.