"İnterpol"un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda ələ keçdi


Kriminal 28 İyl 2019 18:15:00 249 0

"İnterpol"un axtardığı Azərbaycan vətəndaşı Gürcüstanda ələ keçdi

Gürcüstanın Axalkalaki rayonunda 2015-ci ildən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs "İnterpol"un "qırmızı xətti" ilə axtarışda olub. O, qəsdən qətl törətməkdə şübhəli bilinir.

Məlumatda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.