Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı artıb


Dünya 28 İyl 2019 17:35:00 212 0

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı artıb

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan fövqəladə halların idarə edilməsi üzrə xidmətindən bildiriblər.

Qeyd edilir ki, daha bir nəfərin meyiti Pşaveli-Omalo yolunda tapılıb:

"Xilasetmə işləri bu gündən etibarən yenidən başlayıb. Ağır texnika da cəlb edilib".

Qeyd edək ki, iyulun 27-də Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb.