"Azərbaycan duzçörəkli ölkədir" tanınmış müğənni


Şou-biznes 28 İyl 2019 17:20:00 282 0

"Azərbaycan duzçörəkli ölkədir"  tanınmış müğənni

JARA Beynəlxalq Musiqi Festivalında iştirak edən məşhur ukraynalı və rusiyalı müğənni Aleksandr Panayotov festival, Bakı ilə bağlı təəssüratlarını bölüşüb.

Son.az xəbər verir ki, gənc müğənni Trend-ə bildirib: "JARA bütün festivallardan fərqlənir, çünki Azərbaycanda - duz-çörəkli bir ölkədə keçirilir. Bu layihənin üstündə isə Emin başda olmaqla çox gözəl bir komanda çalışır. Çox maraqlı artistlər seçilib, kreativ yaradıcılıq gecələri, ümumiyyətlə yenilik çoxdu. Bütün artistlər özünü burada çox rahat hiss edirlər, tamaşaçılar isə alqışları ilə dəstəkləyir. Əla əhval-ruhiyyə var".

FOTO: Zaur Mustafayev


Xəbərə aid fotolar