Müsafirlər əksər hallarda otellərdə nəyi yaddan çıxarırlar?


Digərləri 28 İyl 2019 16:10:00 257 0

Müsafirlər əksər hallarda otellərdə nəyi yaddan çıxarırlar?

Biz hamımız yola çıxarkən əşyalarımızı topladıqda əksər hallarda nəyisə yaddan çıxarırıq. Bəzən bu, nəticədə mənzilbaşında əldə edə biləcəyimiz hansısa kiçik əşya da ola bilər. Bəzi hallarda isə mühüm əşya səbəbindən səfər pozula bilər. Turistlər tərəfindən təsadüfən otel nömrələrində yaddan çıxarılan əşyaların özünəməxsus reytinqi mövcuddur.

Mehmanxana və otellərin tərtib etdikləri daha çox yaddan çıxarılan kiçik əşyaların siyahısı bəzən özünün qeyri-adiliyi ilə təəccübləndirir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Sabai.tv" portalı həm gündəlik işlənən, həm də qeyri-adi əşyalardan nümunələr gətirir.

Çimərlik ləvazimatı

Kurortlarda qonaqların gedişindən sonra onların çimərlik geyimi və məhrəba kimi çimərlik ləvazimatını yaddan çıxarmalarına tez-tez rast gəlmək olar. Həm də bunların əksəriyyəti bilərəkdən yaddan çıxarılır. Çünki onların fikrincə, iki il ardıcıl eyni çimərlik geyimində insanların qarşısına çıxmaq yaxşı deyil.

Günəş eynəkləri

Adətən bu aksesuar tələsik çıxdıqda haradasa dolabçanın üstündə, yaxud vanna otağındakı güzgünün qarşısında qalır; həmçinin şəxsi gigiyena əşyaları da - üz qırxma cihazı, diş fırçası və məcunu, duş üçün lif və gellər. Bunların bəzisi əlbəttə ki, bilərəkdən saxlanılır, çünki evdə onlara o qədər də ehtiyac olmur, digər tərəfdən də baqajda artıq yük əlavə narahatlıq yarada bilər.

Heyvanlar üçün qarderob

Kiçik əşyalar bəzən divan və çarpayının altına düşür və onları görmək mümkün olmur.

Diş protezləri

Su ilə dolu stəkanda qoyulmuş diş protezləri maraqlı və məzəli tapıntı hesab edilir.

İçərisində geyim olan çamadanlar

Bəziləri tələsik olaraq geyimlərini, hətta bəzən qarderobu ilə dolu çamadanını belə qoyub gedirlər. Belə hallarda həyəcanlanmaq lazım deyil, çünki mehmanxana qaydalarına müvafiq olaraq, bu əşyalar bir il ərzində yaddan çıxan əşyaların saxlandığı xüsusi anbarlara yerləşdirilir.

Bəzək əşyaları

Yatarkən çıxarılan bəzək əşyaları çarpayının yanındakı dolabçanın üstündə yaddan çıxaraq otel əmlakına çevrilə bilər.

Enerji yükləyiciləri və batareyalar