Yaponiya pilotsuz helikopterlər alacaq


Dünya 28 İyl 2019 16:00:00 247 0

Yaponiya pilotsuz helikopterlər alacaq

Yaponiya Müdafiə Nazirliyi özünümüdafiə qüvvələrinin keşikçi gəmilərində istifadə üçün pilotsuz helikopterlər almağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu helikopterlərin 2023-cü ildə alınması nəzərdə tutulur.

Nazirlik hellikopterlərin hansı modelinin alınması barədə qərarı 2022-ci ildə qəbul edəcək. Prioritet variant kimi ABŞ-ın "Northrop Grumman" şirkətinin istehsalı olan "MQ-8С Fire Scout" uçan aparatı nəzərdən keçirilir. Uzunluğu 12,6 metr olan bu aparat 5 kilometr hündürlüyə qalxa və 15 saat havada qala bilir.

İlkin olaraq 3 aparatın alınması, sonrakı 10 ildə isə onların sayının 20-yə çatdırılması planlaşdırılır.