НТВ "Çernobıl" serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparır


Digərləri 28 İyl 2019 15:15:00 281 0

НТВ "Çernobıl" serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparır

HTB telekanalı bu il ekranlara çıxacaq "Çernobıl" serialının treylerinin şəbəkədə yayılmasına qarşı mübarizə aparır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı "TJ" yayıb. Məlumatda deyilir ki, treyler şəbəkədən götürülməyəcəyi təqdirdə HTB məhkəməyə müraciət edəcəyi ilə hədələyib.

Telekanal treylerin şəbəkədə yerləşdirilməsi üzündən müəllif hüquqlarının pozulması barədə iddialarını artıq göndərməyə başlayıb. Belə ki, HTB treyleri özünün "iş materialı" hesab edir.

Daha əvvəl yayılan məlumata görə, Rusiyanın istehsalı olan "Çernobıl" serialının treyleri tamaşaçıların xoşuna gəlməyib.