Göz travmaları


Digərləri 28 İyl 2019 14:00:00 278 0

Göz travmaları

Göz travmalarına məişət, avtomobil, istehsalat qəzaları, silah yaralanmaları və digər hallarda rast gəlinir və təcili müdaxilə tələb edir.

Son.az xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görmə orqanının travmaları gözün kimyəvi, termiki və şüa zədələnmələri, gözün yardımçı aparatının, qapalı göz və açıq göz travmaları kimi təsnifatlandırılır.

Görmə orqanının travmaları zamanı biomikroskopiya, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiya, rentgen, ultrasəs müayinələri həyata keçirilir.

Gözün kimyəvi yanıqları zamanı mümkün qədər tez zamanda göz fizioloji məhlulla yaxud təmiz su ilə yuyulmalıdır. Daha sonra lakmus kağızı ilə konyunktiva kisəsində pH-ın neytrallaşması yoxlanılmalı və yuyulma pH neytrallaşana qədər aparılmalıdır.

Termiki yanıqlar zamanı ilk yardım kimi toxumaların soyuması üçün yuyulması - su və ya fizioloji məhlulla irriqasiyası məsləhət görülür.