Türkiyədə II Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb


Digərləri 28 İyl 2019 13:49:00 240 0

Türkiyədə II Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Türkiyənin İzmir şəhərində II Beynəlxalq Film Festivalı baş tutub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, festival çərçivəsində mükafatlandırma mərasimi keçirilib. Mükafatlar 110 ölkədən 4 milyon 25 min nəfərin verdiyi səslər əsasında öz sahiblərini tapıb. Festivalda ən yaxşı film kateqoriyasındakı mükafat "Müslüm" filminə verilib.

Tədbirdə "Müslüm" filmi ümumilikdə səkkiz, "Dəlilər: Fatihin fərmanı" filmi isə dörd mükafata layiq görülüb.