"Kölgə insanları" cinlər, yoxsa yadplanetlilər? Şahidlər DANIŞIR


Digərləri 28 İyl 2019 13:35:00 208 0

"Kölgə insanları"  cinlər, yoxsa yadplanetlilər?  Şahidlər DANIŞIR

2011-ci ilin yayında Kaliforniya ştatının sakini Den Cey paranormal tədqiqatçıların "kölgə insanları" kimi tanıdığı iki pis varlıqla qarşılaşıb.

Bəs onlar həqiqətən kimlərdir?

Son.az ölkə.az-a istinadən bildirir ki, "Shadow People Archives" saytı bu sirli varlıqları belə təsvir edir:

Bəzən onlar bir insanın siluetinə bənzəyirlər, çox vaxt kişi kölgələrinə oxşayırlar. Bu siluetlər qalın və ya nazik (tüstü kimi şəffaf), şapkada, bəzən də maskada ola bilərlər.

Bəzilərinin kölgəsi yarımçıq olur, digərləri açıq şəkildə ayaqlarının üzərində durur. 

Bu varlıqların dünyaya gəlmə səbəbləri məlum deyil. Onlar birdən divardan asanlıqla nüfuz edə bilirlər. Dolablarda gizlənirlər, kolların və binaların yanında peyda olurlar. Bəzən isə birdən-birə gecənin qaranlığına qərq olub, yoxa çıxırlar. 

Onların təsviri haqqında dəqiq məlumat olmasa da, "qaranlıq varlıqlar" olduqları məlumdur.

2013-cü ilin iyul ayında "Psixologiya bu gün" jurnalına müsahibə verən paranormal hadisələr üzrə mütəxəssis Rosmari Elen Qaile deyib:

"Mən düşünürəm ki, "kölgə insanlar" insanları oğurlamaq üçün yerə göndərilən yadplanetlilərdir. Ancaq bu məxluqları uzun müddət araşdırdıqda, onların cinlər olduğu qənaətinə gəldim". 

Gəlin, Den Ceyin hadisəsinə bir də baxaq. O, nə paranormal hadisələr üzrə mütəxəssis, nə də inanclı insan idi. O, adi motobayker idi. Don Ceyi fövqəltəbii hadisələrlə qorxutmaq asan deyildi.

Lakin Rainer dağındakı çadırda "kölgə insanlar"la yaşadığı hadisədən sonra güclü kişi əsəb sarsıntısı keçirmiş köməksiz birinə çevrilmişdi.

Təbiət aşiqi olan Den Cey 4 günü Rainer dağında  keçirir.  Ancaq bir gecə, təxminən gecə saat 3-də kiminsə  ona baxdığını hiss edərək yuxudan ayılır.   O, hərəkət edə bilmirdi, sanki bədəni keyimişdi. Birdən çadırın küncündə nəyinsə hərəkət etdiyini görür. Den başını qaldırıb ora baxanda, humanoidə oxşayan 2 məxluq görür.

Fiziki cəhətdən çox güclü olan Den  hərəkət etmək istəsə də, yerindən heç cür tərpənə bilmir.  Onun ürəyi bulanır, başı hərlənir və bədənini soyuq tər basır. 


Xəbərə aid fotolar