Bu pasportla 180 ölkəyə vizasız getmək olar


Dünya 28 İyl 2019 12:21:00 217 0

Bu pasportla 180 ölkəyə vizasız getmək olar

Litva pasportu ilə dünyanın 180 ölkəsinə vizasız səfər etmək mümkündür.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Henley & partners" şirkəti dünya üzrə hərəkət sərbəstliyi ilə bağlı ölkələrin növbəti reytinqini açıqlayıb. Baltikyanı ölkələr bu sırada yüksək pillədədirlər. Belə ki, Estoniya pasportu ilə 178, Latviya pasportu ilə 179 ölkəyə vizasız gediş mümkündür.

Reytinqin ilk pillələrində isə Yaponiya, Sinqapur və Cənubi Koreya dayanır. Bu ölkələrin vətəndaşları 189 ölkəni vizasız ziyarət edə bilərlər.