Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar


Dünya 28 İyl 2019 12:27:00 257 0

Husilər Səudiyyə Ərəbistanın Nəcran hava limanını atəşə tutublar

Yəmənin "Ənsar Allah" hərəkatından olan üsyançılar Yəmən ilə sərhəd yaxınlığında Səudiyyə Ərəbistanın Nəcran hava limanını pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutublar.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Əl-Masira" telekanalı bildirib.

May ayında Səudiyyə Ərəbistanının Nəcran şəhərindəki hava limanı Yəmənlə müharibə səbəbindən bağlandıqdan dörd il sonra açılıb.

Hussit nümayəndəsinin sözlərinə görə, iki dronların hava limanına endirilən zərbələr nəticəsində idarəetmə mərkəzləri, pilotsuz uçuş aparatları üçün anqarlar və digər hərbi obyektlər hədəflənib.