Bu malların aksiz dərəcələri endirildi


Digərləri 28 İyl 2019 11:50:30 214 0

Bu malların aksiz dərəcələri endirildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Son.az oxu.az-a istinadən bildirir ki, dəyişiklik emalın spesifik prosesləri üçün yüngül distilyatlar və məhsullarla əlaqədardır.

Dəyişiklikdən əvvəl Azərbaycana idxal edilən yüngül distilyatlar və məhsulların 1 tonu üçün 80 manat aksiz vergisi alınırdı. Bundan sonra, aksiz dərəcəsi 1 ton üçün 1 manata endirilib.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.