“ABŞ prezidentləri ermənilərə vədlərini heç vaxt yerinə yetirmirlər”


Dünya 28 İyl 2019 10:55:00 215 0

“ABŞ prezidentləri ermənilərə vədlərini heç vaxt yerinə yetirmirlər”

ABŞ senatoru, Demokrat partiyasından prezidentliyə namizəd Berni Sandersin "erməni soyqırımı"nı (qondarma - red.) tanımaq barədə vədinin taleyi prezidentliyə digər namizədlərin bu barədə verdikləri sözlərdən fərqlənməyəcək.

Mİlli.Az bildirir ki, musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq institutunun direktoru, türkoloq Ruben Safrastyana məxsusdur.

Onun sözlərinə görə, təcrübə göstərir ki, ABŞ prezidentliyinə bütün namizədlər seçkidən öncə belə vədlərlə çıxış etsələr də, sonradan sözlərini "unudurlar".

"Hər şey Türkiyə və ABŞ arasındakı qarşılıqlı münasibətlərdən asılı olacaq. Hazırda onun gərgin olduğunu bilirik. Lakin ABŞ hakimiyyətinin Türkiyəni daha da qızışdırmağı gözə alaraq "erməni soyqırımı"nı (qondarma-red.) tanıyacağını söyləmək çətindir", - ekspert qeyd edib.

Ruben Safrastyan əvvəllər də rəsmi Ankara və Vaşinqton arasında bu cür gərginliklərin yaşandığını, lakin erməni məsələsinin heç bir zaman Türkiyəyə təzyiq aləti kimi istifadə olunmadığını bildirib.

"Ona görə də bu istiqamətdə hər hansı dəyişikliyin baş verəcəyinə ümid etməyə dəyməz", - o vurğulayıb.