Həcc ziyarəti ilə bağlı xəbərdarlıq


Dünya 28 İyl 2019 10:22:00 214 0

Həcc ziyarəti ilə bağlı xəbərdarlıq

Səudiyyə Ərəbistanı Həcc ziyarətinə qeyri-qanuni getməyə çalışanları həbs edəcək.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının DİN-i bəyanat yayıb.

Bu, ilk növbədə, zəvvarları Məkkə və Mədinəyə qeyri-qanuni gətirən avtobus və taksi sürücülərinə şamil edilir. Müqəssirləri 6 aya qədər həbs cəzası gözləyəcək.

Qeyd edək ki, Müqəddəs Həcc ziyarəti bu il 9-14 avqust tarixlərində olacaq.