Terrorçular 14 nəfəri öldürdülər


Dünya 28 İyl 2019 09:27:00 225 0

Terrorçular 14 nəfəri öldürdülər

Təxminən 20 terrorçu Burkina Fasonun Pissila vilayətinin Diblu kəndinə hücum edib.

Son.az Trend-ə istinadən bildirir ki, silahlı hücum nəticəsində 14 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.

Bildirilir ki, terrorçular yerli sakinlərin mağazalarını və motosikletlərini yandırıblar. Yerli bazarı demək olar ki, tamamilə talan edilib.