Milli lotereyada 45,5 milyon dollar udub


Digərləri 28 İyl 2019 09:03:00 229 0

Milli lotereyada 45,5 milyon dollar udub

Kanadanın "Lotto Max" milli lotereyasının 45,5 milyon dollarlıq cekpotu oynanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə lotereyanı keçirən "OLG" şirkətinin nümayəndələri xəbər verir.

Nümayəndələr bildirib: "Uduşlu biletin rəqəmləri - 11, 15, 17, 20, 24, 25 və 50. Bonus-rəqəm - 30".

Bildirilir ki, hazırda biletin Kanadanın Britaniya Kolumbiyası əyalətində satıldığı bilinir, lakin daha dəqiq məlumat verilmir.